Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Dənizdə batan gəminin yeri müəyyənləşdi -FOTO

mermerede-batan-geminin-yeri-mueyyenlesdi

        Türkiyədə Mərmərə dənizində batan gəminin yeri müəyyənləşib.

Yenixeber.org: “Batuhan A” adlı yük gəmisinin sonar görüntüləri Dəniz Qüvvələri Komandanlığı və Sahil Mühafizə Komandanlığı tərəfindən paylaşılıb.

Sahil Mühafizə Komandanlığından verilən açıqlamada yerli saatla 06.30-da Karacabey rayonu sahillərində ağır hava və dəniz şəraiti səbəbindən batmağa başladığı bildirilib.

Açıqlamada bildirilib ki, hadisə yerinə TCSG-313 və TCSG 85 gəmiləri, TCSG-25 və KB-4502 qayıqları göndərilib.

Bundan başqa, Dəniz Qüvvələri Komandanlığına bağlı sonar cihazı olan TCG ÇUBUKLU gəminin dəqiq yerini müəyyən etmək üçün hadisə yerinə göndərilib. Hadisə yerinə Dəniz Qüvvələri Komandanlığından TCG AYVALIK və Sahil Mühafizə Komandanlığından TCSG GÜVEN gəmisi də sövq edilib.

Sonar skan zamanı “Batuhan A” yük gəmisinin dənizin 51 metr dərinliyində olan görüntüsü əldə olunub.

69 metr hündürlüyündə yük gəmisinin 6 nəfərlik heyəti üçün 275 nəfərlik axtarış-xilasetmə işləri davam edir.(“TRT Haber”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam