Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Diaspor üzvünün Paşinyana şok sualı

 

Getməyimi tələb edən çoxlu siyasi qüvvə var, amma biz xalqdan mandat almışıq.

Yenixeber.org xəbər verir ki, bunu Ermənistanın Baş naziri Paşinyan Münhen və ətraf rayonlardakı erməni icmasının nümayəndələri ilə görüşündə “Qarabağın itirilməsindən, bu qədər uğursuzluqdan sonra istefa vermək cəsarəti sizdə varmı” sualına cavab verərkən deyib.

“Amma biz bunu sadə bir səbəbdən edə bilmərik, xalqdan səlahiyyət və mandat almışıq, getsək, bu mandatı kimə buraxacağıq?” - o bildirib.

Paşinyan əlavə edib ki, onlar mandatı iki dəfə geri qaytarıb, amma yenidən alıblar:

“İndi vəzifəmiz “itirilmiş Vətən” haqqında sonsuz baxışlara uymamaq, dövlətə sahib olmağa diqqət etməkdir. Bütün bunları niyə deyirəm və edirəm? Mən satqınam, hansısa torpağı kiməsə vermək arzusunda olan xarici agentəm? Əlbəttə, belə düşünə bilərsiniz, amma bunu ona görə edirəm ki, eyni ruhda davam etsək, Vətənimizi itirəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam