Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Almaniya onu Azərbaycana təhvil verdi

 

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib.

Bu barədə Yenixeber.org-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirlik İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi Azərbaycan vətəndaşı Marvud Vaqifzadəni ölkəmizə ekstradisiyasını həyata keçirib.

Belə ki, 2021-ci ildə Vorld Telekom MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgənin əmlakını ələ keçirtməkdə (AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri) ittiham edilmiş M.Vaqifzadənin yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.

Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər əsasında razılıq əldə olunaraq o, Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl cari ildə beynəlxalq axtarışda olan üç nəfər Kolumbiya, Macarıstan və Polşadan gətirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam