Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Kəmaləddin Heydərovun yeni müavini kimdir? -DOSYE

Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.
 
Yenixebr.org: Prezident İlham Əliyevun sərəncamı ilə general-mayor Adil Abdullayev nazir müavini postuna təyinat alıb.

General-mayor Adil Abdullayev  21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub.

Adil Abdullayev son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.

Qeyd edək ki, fövqəladə hallar nazirin sabiq müavini, general-leytenant Nazim Məmmədov dünyasını dəyişəndən sonra (2022-ci ilin avqustundan-red.) bu vəzifə boş idi.

Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 8 müavini var:

General-leytenant Rəfail Mirzəyev – 1-ci müavin;
General-leytenant Faiq Tağı-zadə - müavin;
General-leytenant Etibar Mirzəyev – müavin;
General-leytenant Ragim Lətifov – müavin;
Orucəli Hacıyev – müavin;
General-mayor Teymur Mehdiyev – müavin;
Tapdıq Əmiraslanov  - müavin;
General-mayor Adil Abdullayev müavin.

General-polkovnik Kəmaləddin Heydərov hazırda müavinləri ən çox olan nazirdir.(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam