Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Navalnının portreti olan vərəqələri yapışdıran şəxs SAXLANILIB -Həyat yoldaşı da

 

Rusiyanın Krasnodar məhkəməsi yerli sakin Sergey Albovu fevralın 16-da Yamal koloniyasında dünyasını dəyişən müxalif siyasətçi Aleksey Navalnının portreti olan vərəqələr yerləşdirdiyinə görə 2 sutka müddətinə həbs edib.

Yenixeber.org: Məhkəmənin qərarında göstərilir ki,  fevralın 19-da Albov Aleksey Navalnının şəkli və üzərində “Navalnı” yazısı olan vərəqə yapışdırıb. Məhkəmə qərara alıb ki, Albov bununla Rusiya hakimiyyəti tərəfindən ekstremist kimi tanınan “bu təşkilatların rəmzlərini təbliğ etmək və ictimai şəkildə nümayiş etdirmək məqsədi daşıyan ictimai hərəkətlər edib”.

Albov və həyat yoldaşı fevralın 21-i axşam saatlarında saxlanılıb, polis bütün gecəni dindirib və vəkilin onlarla görüşməsinə imkan verməyib. Polis ondan vərəqələr yerləşdirdiyinə görə nə qədər pul aldığını soruşduqda, o, “bir insana yas saxlamaq üçün ona pul verilmir” cavabını verib.

Albovun vəkili bildirib ki, əgər o, təqsirli bilinərsə, bu, presedent olacaq: “Bu o demək olacaq ki, Aleksey Navalnı hətta onun adı və fotosu ilə dəfn oluna bilməz, çünki bu, qanun pozuntusuna çevriləcək”.("SotaVision")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam