Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

 Ukraynaya daha 9 ədəd özüyeriyən haubitsa verilir

DITA - 155 mm-lik artilleriya haubitsaları arasında çex yeniliyi -  AvtoTachki

Niderland Çexiyanın “Excalibur Army” silah şirkətindən Ukrayna üçün 9 ədəd “Dita” özüyeriyən haubitsa sifariş edib.

Yenixeber.org: Bu barədə CTK informasiya agentliyi Niderlandın Çexiyadakı səfirinə istinadən məlumat yayıb.

Məlumata görə, haubitsalar Niderlandın Çexiyanın iki müdafiə şirkəti tərəfindən həyata keçirilən böyük sifarişinin bir hissəsidir. Müqavilələrin dəyəri göstərilmir.

Niderland daha əvvəl Çexiyadan 100 ədəd “MR-2 Viktor” hava hücumundan müdafiə sistemi sifariş edib ki, bu sistemlər əsasən pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Niderland həmçinin ABŞ və Danimarka ilə birlikdə Ukrayna Silahlı Qüvvələri üçün 100 ədəd “T-72” tankının modernləşdirilməsini maliyyələşdirib.

“Dita” haubitsası təkərli şassi üzərində artilleriya qurğusudur. Silahın çapı 155 mm, atəş məsafəsi 39 km-dir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam