Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Dəniz şlakının yeni növü aşkar edildi- FOTO

 

Tədqiqatçılar İngiltərənin cənub-qərbində dəniz şlakının yeni növünü aşkarlayıblar.

Yenixeber.org xəbər verir ki, “Pleurobranchaea britannica” adı verilən yeni növün qlobal istiləşmə səbəbindən daha mülayim suların olduğu şimala köç etdiyi məlum olub.

Ətraf Mühit, Qida və Su Təsərrüfatı Elmləri Mərkəzindən bildirilib ki, okean temperaturunun rekord isinməsi dəniz həyatına ciddi təsir edir. Alimlərin fikrincə, yeni növün daxil olduğu qrup iqlim dəyişikliyinə və insan fəaliyyətinin təsirlərinə həssas olduqları uçun dəniz ekosisteminin sağlamlığını anlamağa kömək edə bilər. Ekspertlər iqlim dəyişikliyinin balıq ehtiyatlarına ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.

Böyük Britaniya və İrlandiya sahillərindəki dənizlərdə şlakların təxminən 100 müxtəlif növü yaşasa da, yeni növ formasına görə digərlərindən fərqlənir.

Qeyd edək ki, dəniz şlakları müxtəlifliyi və gözəlliyi ilə tanınan qabıqsız dəniz molyusklarının bir növüdür. Onlar 5 santimetrədək böyüyür və qida zəncirində xüsusi yeri tutur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam