Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Naxçıvanda daha bir dövlət qurumu -LƏĞV EDİLDİ

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib.

Yenixeber.org xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib.

Ləğv edilmiş Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin maliyyə aktivləri Naxçıvan Muxtar Respublikasının büdcəsinə, digər əmlakları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 yanvar tarixli 55/S nömrəli Sərəncamında nəzərdə tutulan daşınmaz əmlak istisna olmaqla) və nəqliyyat vasitələri isə özəlləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam