Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Fermerlər Baş nazirin ofisinin və parlamentin qarşısında aksiya keçirdilər -Polşada

Polşalı fermerlər Baş nazirin ofisinin və parlamentin qarşısında aksiya keçiriblər

Minlərlə polşalı fermer bu gün ölkənin paytaxtı Varşavada baş nazir Donald Tuskun ofisi qarşısında etiraz aksiyası keçirib.

Yenixeber.org: Fermerlər binanın qarşısında avtomobil şinlərini yandırıb və binaya tərəf pirotexnik qurğular atıblar.

Polşalı fermerlər ucuz idxalın (əsasən Ukraynadan kənd təsərrüfatı məhsulları - red.) və onların dolanışığına zərər verdiyini iddia etdikləri ekoloji qaydaların ("Green Deal" -red) dayandırılmasını tələb edirlər.

Etirazçı fermerlərin bir qismi isə parlament binasının qarşısına doğru yürüş ediblər. Parlament binası qarşısında etiraz edən fermerlərlə polis arasında toqquşma olub, polis etirazçılara qarşı bibər qazından istifadə edib və bəzi iştirakçıları təhlükəsizlik qüvvələrinə qarşı zorakılıqda ittiham edib.

"Etiraz edənlərin bəzilərinin polis əməkdaşlarına qarşı fiziki təcavüzü səbəbindən birbaşa məcburi tədbirlərdən istifadə etmək lazım idi", - Varşava polisi "X" hesabında yazıb.

Qeyd edək ki, artıq bir neçə aydır ki polşalı fermerlər etiraz aksiyaları keçirirlər.("Reuters")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam