Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İrəvan bu 4 kəndi qaytarmağa hazırlaşır? -Qalumyan təsdiqlədi

 

Ötən həftə parlamentdə Baş nazir Nikol Paşinyan deputatlarla görüşündə Azərbaycanın ilk növbədə qaytarılmasını tələb etdiyi dörd kənddən (Qazaxın anklav olmayan kəndləri – red.) danışıb. Yeri gəlmişkən, Münhendə də bu məsələ ilə bağlı müzakirə aparılıb.

Yenixeber.org: “Komanda yoldaşları ilə söhbətində Paşinyan vurğulayıb ki, (ilk növbədə tələb edilən) bu kəndlər Tavuş bölgəsində yerləşir. Deməli, söhbət bu dörd kənddən gedir - Bağanıs-Ayrım, Yuxarı Əskipara, Xeyrimli və Qızıl Hacılı.

Yeri gəlmişkən, Tavuş qubernatoru Ayk Qalumyan da bildirdi ki, onların rayonunda azərbaycanlı kəndləri var. Nəyə görə indi Paşinyanın əvvəllər dediyi kimi səkkiz yox, dörd kənddən danışdığına gəlincə, hökumətyönlü mənbələrimizə görə, adıçəkilən dörd kəndin coğrafi mövqeyi elədir ki, onların təslim edilməsi bizim üçün problem yaratmayacaq (çünki anklav deyil və Azərbaycana bitişikdir – red.), - digər kəndlər, o cümlədən Ermənistanın qalan hissəsini əslində cənubla birləşdirən Kərkidən fərqli olaraq”, - məlumatda vurğulanıb.(Hraparak)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam