Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İslamafobiyanın təsirləri gələcək nəsillər üçün daha faciəvi olacaq

 

İslamofobiya sürətlə yayılan xroniki xəstəliyə bənzəyir. Bu problem cəmiyyətdə müxtəlif səviyyələrdə təzahür edir. Düşünürəm ki, islamofobiyanı epidemiya kimi təsvir etmək daha doğru olar.

Yenixeber.org xəbər verir ki, bu sözləri İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmut Erol Kılıç martın 8-də Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil edilmiş “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” adlı aralıq sessiyasında deyib.

Mahmut Erol Kılıç islamofobiyanı şəxsi zəmində yaranan qərəz olduğunu qeyd edərək bildirib: “Bəzi ölkələr islamofobiyanı öz siyasətlərinin bir parçasına çevirib. Bu isə dünyanı sülhdən uzaqlaşdırır. Əgər sülhün bərqərar olduğu bir dünyanı gələcək nəsillərə ötürmək istəyiriksə, islamofobiyaya qarşı birgə mübarizə aparmalıyıq. Yanlış məlumatlar cəmiyyətdə islamofob fikirlər formalaşdıra bilər. İslamafobiyanın real təsirləri isə gələcək nəsillər üçün daha faciəvi olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam