Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ərdoğan İraqa gedəcək -12 ildən sonra

Ərdoğan sabah Ər-Riyada gedir

Türkiyə Xarici İşlər Nazirliyi İraq tərəfi ilə prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə gözlənilən səfərini müzakirə edir.

Yenixeber.org: Məlumata görə, bu barədə jurnalistlərə Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Ahmed Yıldız məlumat verib.

"Sabah (bu gün - red.) İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcək, ikitərəfli əlaqələri müzakirə edəcəyik. Xarici işlər nazirlərinin yaxın gələcəkdə baş tutacaq görüşünə, eləcə də Prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik”, - TRT telekanalı Yıldızdan sitat gətirib. Diplomat aydınlaşdırıb ki, söhbət Ərdoğanın “aprel ayının sonuna qədər” İraqa səfərindən gedir.

"Plana əsasən səfər aprelin sonuna qədər baş tutacaq. Prezidentimiz, 2012-ci ildə - o vaxt baş nazir kimi İraqa səfər etmişdi. O vaxtdan bəri İraq rəhbərliyinin Ankaraya səfərləri olub, ancaq dövlət səviyyəsində olmayıb. İndi belə bir səfərin vaxtı çatıb” , - Yıldız deyib.

Beləliklə, bu, Türkiyə liderinin son 12 ildə İraqa ilk rəsmi səfəri olacaq.

Ərdoğanın Bağdada səfəri İraqın şimalında yeni sərhədyanı hərbi əməliyyat ehtimalı ilə bağlı Ankaranın sərt ritorikası fonunda baş verir. Türkiyə liderinin özü daha əvvəl bəyan edib ki, “bu yay İraqla sərhəd təhlükəsizliyi məsələsi həll olunacaq”. Ehtimal olunur ki, əməliyyatın məqsədi İraqın şimal rayonlarını 40 km dərinliyə qədər PKK terrorçularından təmizləmək olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam