Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib-FOTO

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) Prezidenti Sultan Əl-Cabir Yaponiya parlamentində iqtisadiyyat, sənaye və ticarət nazirinin müavini Yosido Nobuhiro ilə qarşıdan gələn COP29-da iqlim maliyyələşdirməsinin artırılması üçün etibarlı icra planının zəruriliyini müzakirə edib.

Yenixeber.org xəbər verir ki, bu barədə COP28-in "X" sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.

“Əbu-Dabidə keçirilən görüşdə Sultan Əl-Cabir Yaponiyaya COP28 və BƏƏ Konsensus təşəbbüslərinə davamlı dəstəyinə görə təşəkkür edib. Onlar, həmçinin qarşıdan gələn COP29-da artan iqlim maliyyələşdirməsini həyata keçirmək üçün etibarlı və iddialı planın hazırlanmasının zəruriliyini, eləcə də COP30 üçün genişləndirilmiş Milli İqlim Öhdəliklərinin (NDCs) həyata keçirilməsini müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam