Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb -FOTO

Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 1-də Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqal ilə görüşüb.

Yenixeber.org: Nazirlər Kabinetinin yadığı xəbərə görə, görüşdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, Malayziyanın Parlament Senatı prezidentinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

Azərbaycan-Malayziya dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında yaxından əməkdaşlıq etdikləri vurğulanıb.

Eyni zamanda Azərbaycan-Malayziya parlamentlərarası əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam