Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ərdoğan İsraillə ticarət əlaqələrinin kəsilməsindən danışdı

 

“İsrail və Fələstin arasında baş verən hadisələr qəbuledilməzdir”.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında deyib. 

“İsrail 40-45 min fələstinlini öldürüb. Biz müsəlman olaraq bunları sadəcə izləyə bilməzdik. Tədbirlər görməli idik və tələb olunan addımı atdıq. İsraillə 9,5 milyard dollar həcmində ticarət dövriyyəmiz var idi, indi ticarət əlaqələrini dayandırdıq”, - deyə Ərdoğan qeyd edib. 

Xatırladaq ki, aprelin 9-da Türkiyənin Ticarət Nazirliyi İsrailə 54 növ məhsulun ixracına qadağa qoyub. Mayın 2-də isə Türkiyə İsraillə idxal-ixrac əməliyyatların tamamilə dayandırıldığını elan edib. Türkiyənin ticarət naziri Ömər Bulut bildirib ki, Qəzzada atəşkəs elan olunmayana və bölgəyə humanitar yardımın maneəsiz çatdırılması təmin edilməyənə qədər İsrailə qarşı məhdudiyyətlər qüvvədə olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam