Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Texnologiya şirkətində yanğın olub - Sakinlərə xəbərdarlıq edildi

 

Berlinin Lixterfelde rayonundakı texnologiya şirkətinin “​Diehl” zavodunda yanğın baş verib.

Yenixeber.org xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Şəhər yanğınsöndürmə xidmətinin nümayəndəsi Adrian Ventzel bildirib ki, hazırda müəssisənin dörd mərtəbəsi tamamilə yanıb, bir hissəsi dağılıb:

“Binada yanan kimyəvi maddələr də var. Orada sulfat turşusu və mis sianid saxlanılırdı. Hidrogen sianidin əmələ gəlməsi və tüstü ilə birlikdə havaya qalxması riski var. Hadisə yerində 180 yanğınsöndürən işləyir, onlar hidrosian turşusunun əmələ gəlməsinin qarşısını almaq üçün yalnız köpükdən istifadə etməklə yanğını kənardan söndürə bilirlər ”.

Yanğınsöndürmə xidməti zəhərli tüstünün şəhərin şimal hissəsinə doğru yayılması təhlükəsi barədə xəbərdarlıq edib. Berlin sakinlərindən çölə çıxmamaları, pəncərə və qapılarını bağlı saxlamaları xahiş olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam