Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

 

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq.

Yenixeber.org-un məlumatına görə, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qayımov Elşad Şirin oğlu Xaçmaz rayonunun Hacıqurbanoba kəndində, Səfərov Asim Nadir oğlu Qəbələ rayonunun Qəmərvan kəndində, Həsənov Vüqar Telman oğlu Sabirabad rayonunun Muğangəncəli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edən G.Dadaşov, E.Qayımov və A.Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı.

Bundan başqa, V.Həsənovun qalıqları isə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam