Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu

 

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.

Yenixeber.org xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.

Şirkətin səlahiyyətli nümayəndəsinin sözlərinə görə, qiymət 10% yox, 9% qalxıb.

Açıqlamada qeyd olunur ki, qəbul olunan yeni qərara əsasən, istehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarında istismarı qadağandır. Bu səbəblə ili daha köhnə olan nəqliyyat vasitələrinə sistem üzərindən sifarişlərin verilməsi mərhələli şəkildə dayandırılır.

“Qeyd olunan proses davam edəcək. Əlavə olaraq bildirək ki, sistemdə sifarişlər “tələb-təklif” prinsipi əsasında formalaşır.

İstehsal tarixi 15 ilə qədər olan nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartı alsınlar. Mövcud tələblə bağlı qərar hazırda quvvədədir. 1 iyul 2024-cü il tarixindən etibarən isə yalnız istehsal tarixi səkkiz ilə qədər olan nəqliyyat vasitələrinə buraxılış kartı veriləcək”, - deyə açıqlamada qeyd olunur.(Oxu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam