Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

     Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Yenixeber.org: Xidmətin yaydığı xəbərə görə, Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci yarısından 13-ü səhərədək şimal-qərb küləyinin 15-18 m/s, axşam yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında mayın 12-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədək fasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam