Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur

 

Anlayırıq ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir, lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir. Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur.

Yenixeber.org xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edərkən söyləyib.

“Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində saxlayacağıq. Həmçinin digər kiçik ada dövlətləri ilə məsləhətləşərək, COP29 zamanı yüksək səviyyəli nümayəndələrin görüşünün təşkil olunmasını təklif edirik. Eyni zamanda, kiçik ada dövlətlərinə dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam