Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Sədr müavini: Bəzən icra hakimiyyətləri sanki zorla bu işlə məşğul olur

 

Bu gün hələ də məişət zorakılığının qarşısının alınması istiqamətində görüləcək işlər var.

Yenixeber.org xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova mayın 20-də parlamentdə qurumun ötən ilki hesabatı ilə bağlı danışarkən deyib.

“Bu sahədə fəaliyyət göstərən monitorinq qruplarının işi gücləndirilməlidir. Onların özlərində bu işə yanaşmada istək və həvəs olmalıdır. Çünki bəzən müşahidə olunur ki, icra hakimiyyətləri sanki zorla bu işlə məşğul olur. Onlardan hesabatları çətinliklə əldə edirik”, - sədr müavini bildirib.

S.Qəhrəmanova qeyd edib ki, məişət zorakılığı baş verəndə ancaq qurbanın problemləri ilə məşğul olunur:

“Amma məişət zorakılığı deyəndə onu törədənlərə də diqqət etmək lazımdır. Çünki həmin şəxs hadisəni törədir və sonra kənarda qalır. Əgər məhkəmələrdə onlara qarşı hadisəni törədəndən sonra məcburi sürətdə reabilitasiya keçməsi tələbi qoyulsa, məişət zorakılığını niyə etdiyini bəlkə dərk edər. Uşaqlar məişət zorakılığının daşıyıcı sayılır. Çünki həmin uşaq ya zorakılığa məruz qalan, ya da qorxaq kimi böyüyür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam