Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Alen Simonyan: Azərbaycanla ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam etdirilir

 

Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam edir.

Yenixeber.org xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vayslerlə keçirdiyi mətbuat konfransında deyib.

“Bu, hazırkı mərhələdə müzakirə olunan mövzulardan biridir. Amma bununla bağlı aramızda razılaşma yoxdur və müzakirələr davam edir”, - o bildirib.

A.Simonyan qeyd edib ki, tərəflər regionda kommunikasiyaların açılması məsələsi ilə bağlı danışıqlar aparır:

“Biz 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda əksini tapan bütün kommunikasiyaların açılması ideyasına önəm veririk. Ermənistan bu istiqamətdə fəaliyyətini davam etdirir”.

O, bu istiqamətdə işlərin uğurla başa çatacağına ümid etdiyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam