Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Türkiyə Qara dəniz şelfində yeni kəşfiyyat quyusu qazmağa başlayıb

Türkiyə Qara dənizdə yeni qaz yataqlarının axtarışı üçün yeni kəşfiyyat quyusu qazmağa başlayıb.

Yenixeber.org: Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Fatih” qazma gəmisi Sakarya qaz yatağındakı “Göktepe-2” quyusunda yeni quyu qazmağa başlayıb. Bir tərəfdən qaz hasilatını artırarkən, digər tərəfdən biz yeni sahələrdə kəşfiyyatı davam etdirəcəyik”, - nazir qeyd edib.

“Sakarya” qaz yatağı Türkiyə sahillərindən 150-170 km aralıda Qara dəniz şelfində yerləşir.

İlkin mərhələdə bu yataqdan sutkada təqribən 10 milyon kubmetr və ya ildə 3,4 milyard kubmetrdən 4 milyarda qədər qaz hasil edilməsi planlaşdırılır.

2028-ci ilə qədər gündəlik hasilat 40 milyon kubmetrə (ildə 15 milyard kubmetr) çatmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam