Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

"Daçnik" çimərliyinin çirklənməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirildi -FOTOLAR

Nardaranda "Daçnik" çimərliyinin çirklənməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib - FOTO

Nardaran qəsəbəsi "Daçnik" adlanan çimərliyin sahilinin çirklənməsi ilə bağlı sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

Yenixeber.org: Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı dənizin sahilində çirkab su müşahidə edilməyib, lakin mamır və qırmızı yosun toplantısına rast gəlinib.

Xidmət rəsmisinin sözlərinə görə, fotolardakı görüntünün Xəzər dənizinin geri çəkilməsi səbəbindən mamır və qırmızı yosunun ərazidə toplanaraq suyun çirkab olması fonunu yaratdığı müəyyən olunub.

“Vizual olaraq ərazidə tullantı suları aşkar edilməsə də mütəxəssislər tərəfindən analiz olunması üçün sudan nümunə götürülüb. Laborator analizin nəticəsi müəyyən olunduqdan sonra tərəfimizdən əlavə məlumat veriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam