Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Türk dövlətləri arasında daşımaların inkişafı üzrə birgə komitə yaradılacaq

 

Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) bu gün keçirilən plenar iclasında “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişi ratifikasiya edilib.

Yenixeber.org: “Saziş müxtəlif nəqliyyat növlərindən istifadə etməklə beynəlxalq yük daşımalarının sadələşdirilməsinə, həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafına yönəlib”, - Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev sənədi deputatlara təqdim edərkən deyib.

Onun sözlərinə görtə, bu sənədin ratifikasiyası Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcminin daha da artırılması üçün zəmin yaradır və bu da ölkənin nəqliyyat-tranzit potensialının inkişafına müsbət təsir göstərəcək.

Nazir vurğulayıb ki, sazişin normalarını həyata keçirmək üçün TDT dövlətləri arasında daşımaların inkişafı üzrə birgə komitə yaradılacaq.

Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, 2023-cü ilin sonunda Qazaxıstan ilə TDT-yə üzv dövlətlər arasında yükdaşımaların həcmi təxminən 40 milyon ton yük təşkil edib və bu da 2022-ci illə müqayisədə 15 % çoxdur.(“Report”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam