Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Vladanka Andreeva: Azərbaycanda minalarla mübarizəyə dəstəyi genişləndirmək imkanı var

 

Azərbaycanda minalarla mübarizə üçün tərəfdaşlıq və beynəlxalq dəstəyi genişləndirmək üçün imkanlar mövcuddur.

Yenixeber.org: O, BMT-nin Azərbaycandakı ölkə komandasının postmünaqişə dövründə bərpa və yenidənqurmaya dair ərazilərin minalardan təmizləməsi, bacarıqların inkişafı, səhiyyə, təhsil və digər sahələrdə məcburi köçkünlərə dəstək kimi iddialı səylərini dəstəklədiyini vurğulayıb:

“Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrdən biridir. 2020-ci ildən başlayaraq Avropa İttifaqının, Böyük Britaniya hökumətinin, eləcə də təşkilatımızın daxili resurslarının maliyyə dəstəyi ilə BMTİP, UNICEF və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ANAMA-nın minalarla mübarizə səylərini, o cümlədən institusional gücləndirmə və texniki yardım göstərilməsi ilə dəstəkləyir”.

Onun sözlərinə görə, bu istiqamətdə hələ çox iş görülməlidir: “BMT ANAMA ilə birlikdə minalarla mübarizə üzrə iki beynəlxalq konfransın təşkilinə kömək edib.

Üçüncü beynəlxalq konfrans sabah Zəngilanda keçiriləcək və Bakıda davam edəcək”.

V.Andreeva qeyd edib ki, bu konfranslar Qarabağın minalardan təmizlənməsi kimi mühüm vəzifənin həllində davamlı beynəlxalq dəstək axtarmaq üçün platforma rolunu oynayır.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam