Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Məşhur restoran sahibi qumara görə cərimələndi -Adını dəyişib “Qarabağ” qoydu

 

Ötən ilin avqust ayında qanunsuz qumar oyunlarının təşkil edildiyi “Huqqa” restoranının rəhbərliyi cəzalandırılıb.

Yenixeber.org xəbər verir ki, restoranın sahibi 1981-ci il təvəllüdlü Rasim Rzayev və müdiri 1998-ci il təvəllüdlü Nuranə Səlimovaya hökm oxunub.

Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxs Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü (Qumar oyunlarının təşkili və ya keçirilməsi) maddəsi ilə təqsirli bilinib. Onların hər biri 10 min manat cərimə edilib, həmçinin üzərlərindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri saxlanılıb.

Qeyd edək ki, polisin keçirdiyi tədbirlər zamanı obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

“Huqqa”nın sahibi isə qumarxananın aşkar edilməsi barədə məlumatlar ictimailəşdikdən sonra restoranın adını “Qarabağ” olaraq dəyişdirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam