Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

“Zəngəzur” tankeri əsaslı təmir olunub-FOTO

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Zəngəzur” tankeri əsaslı təmir olunub.

Yenixeber.org xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid 2 dəst müasir tip “Inmarsat-C”, 1 dəst “DS-85” tipli sürətölçən laq, 1 dəst “NAVTEX-700” tipli hava məlumat qəbuledicisi, 1 dəst stasionar UQD radiostansiya quraşdırılıb.

Gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.

Təmirçilər tankerin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumunun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək rənglənməsini də həyata keçiriblər.

Təmirdən sonra tanker yenidən istismara qaytarılıb.

Uzunluğu 149,9 metr, eni 17,3 metr olan “Zəngəzur” tankerinin yükgötürmə qabiliyyəti 13 min tondur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam