Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Laçında "Malıbəy" KSES-in təməli qoyulub-FOTOLAR

 

Bu gün Laçın rayonunun Malıbəy kəndində eyniadlı kiçik su elektrik stansiyasının (KSES) təməli qoyulub.

Yenixeber.org xəbər verir ki, layihəni İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Holding" və "Arges Enerji Teal" şirkəti birgə icra edir.

Stansiyanın Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında inşa edilməsi planlaşdırılır.

Bugünkü KSES layihənin I mərhələsidir. II mərhələdə Laçın rayonunda "Qalaça-1", "Qalaça-2" və "Minkənd" KSES-lərin, III mərhələdə isə Kəlbəcər rayonunda "Tərtər-1" KSES-in tikilməsi nəzərdə tutulur.

İnşası 2025-ci ildə tamamlanacaq 5 KSES-in ümumi gücü 13,8 Mvt olacaq, onlar ildə 39,7 Qvt elektrik enerjisi istehsal edəcəklər. "Malıbəy" KSES isə 5,1 Mvt gücünə malik olmaqla ildə 14,57 Qvt elektrik enerjisi istehsal edəcək.

Layihənin ümumi dəyəri 25 milyon manat, stansiyaların istismar müddəti 30 ildir. Bu stansiyalarda 25 nəfər çalışacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam