Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Ukrayna ilə sülh danışıqlarının alternativi nüvə silahıdır -Akademik Arbatov

 

"İndi Ukraynada nizamlanma üzrə dialoq qeyri-real görünür. Ancaq tarixi perspektiv baxımından danışıqlar zəruridir. Ukrayna ilə bağlı danışıqlar həyati əhəmiyyət kəsb edir. Lakin bunun alternativi isə nüvə silahlarının mübadiləsinə və sivilizasiyanın ölümünə qədər eskalasiyadır".

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri, akademik Aleksey Arbatov deyib.

"Çünki sülh sazişlərinə alternativ yalnız coğrafiyaya və istifadə olunan vasitələrin gücünə əsaslanan zərbələrin eskalasiyasıdır. Bura kütləvi qırğına səbəb olacaq nüvə silahlarının mübadiləsinədək olan eskalasiyadan gedir", - Arbatov bildirib. 

O əlavə edib ki, bu, indiki sivilizasiyanı məhvə, şimal yarımkürəsində yüz milyonlarla insanın və son min il ərzində orada tikilmiş hər şeyin məhvinə gətirib çıxaracaq. "Düşünmürəm ki, bu perspektiv heç kimin xoşuna gəlmir. Əgər belə bir fəlakət baş verərsə, sağ qalan bir neçə nəfər, yəqin ki, qlobal nüvə fəlakətinin səbəbini xatırlamayacaq”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski “The Guardian”a müsahibəsində Rusiya ilə danışıqları qeyri-real adlandırıb və qeyd edib ki, hərbi əməliyyatların sonu görünmür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam