Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Terrorçulara dəstək verən bələdiyyə sədri həbs edildi -FOTO

 

Hakkari Bələdiyyə Başçısı, DEM partiyasının üzvü olan PKK terror təşkilatına yaxından dəstək verən Mehmet Sıddık Akış vəzifəsindən uzaqlaşdırılaraq həbs edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bələdiyyə sədri barəsində aparılan istintaq çərçivəsində Van şəhərində polis tərəfindən saxlanılıb.

Nazirlik tərəfindən araşdırmalar zamanı bələdiyyə sədrinin terror təşkilatından davamlı olaraq təlimatlar aldığı da bəlli olub.

Bələdiyyə sədri barəsində Hakkari 1-ci Ağır Cəza Məhkəməsində “Silahlı terror təşkilatına rəhbərlik etmək”, “silahlı terror təşkilatına üzv olmaq” və “təşviqat üçün təbliğat aparmaq” maddəsi ilə başlanan cinayət işinə baxılıb.

Bələdiyyə sədrinin həbsindən sonra Hakkari Təhlükəsizlik İdarəsi bələdiyyə binası ətrafında təhlükəsizlik tədbirləri həyata keçirib. Bələdiyyə binasının önünə gələrək içəri daxil olmaq istəyən DEM Partiyası üzvlərinə polis icazə verməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam