Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Audiovizual media: normalar, reallıqlar və çağırışlar adlı dəyirmi masa keçirilib-FOTOLAR

 

Audiovizual Şura onlayn media subyektləri üçün "Audiovizual media: normalar, reallıqlar və çağırışlar" adlı dəyirmi masa keçirib.

Yenixeber.org xəbər verir ki, tədbirdə 22 onlayn media subyekti iştirak edib.

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov Şura ilə onlayn media subyektləri ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Aparat rəhbəri həmçinin telekanallarda aparılan monitorinqlərin aparılması ilə bağlı məlumat verib.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov Şuranın fəaliyyəti barədə, həmçinin "Media haqqında" qanunla nəzərdə tutulan sanksiyaların hansı hallarda nəzərdə tutulması hallarından danışıb.

Tədbirdə eyni zamanda "Audiovizual mediada uşaq hüquqlarının qorunması" kitabı haqqında məlumat verilib.

Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı jurnalistlərin etik davranış qaydaları barədə məlumat verilib.

Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam