Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Taksi qiymətlərinin kəskin artmasına -RƏSMİ REAKSİYA

 

Azərbaycanda Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib.

Yenixeber.org: Həmin siyahıya daxil olan xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər xidmətlərin tarifləri , o cümlədən taksi xidmətlərinin tarifləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında sahibkarlıq subyektləri tərəfindən sərbəst müəyyən edilir.

Eyni zamanda, "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna əsasən, sahibkarlar qanunvericiliyə əməl etməklə öz xidmətləri üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir.

Bununla belə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görür.

Qeyd edək ki, gələn ayın 1-dən ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Sosial şəbəkələrdə və KİV-də bununla əlaqədar paytaxtdakı taksi şirkətlərinin qiymətləri kəskin artırdıqları bildirilir.(APA)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam