Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Daha bir şəhidimiz dəfn edildi-FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əkbərov İxtiyar Hüseyn oğlunun meyitinin qalıqları Gəncə şəhərinə gətirilib.

Yenixeber.org xəbər verir ki, şəhidin nəşi bu gün ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Əkbərov İxtiyar Hüseyn oğlu 13 oktyabr 1993-cü ildə Ağdərə rayonu ərazisində döyüş tapşırığını yerinə yetirən zaman itkin düşmüş sayılırdı. O, Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam