Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Qazaxıstanda terror xəbərdarlığı "sarı" səviyyəyə qaldırılır

Qazaxıstanda terror xəbərdarlığı "sarı" səviyyəyə qaldırılır

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı ilə bağlı Qazaxıstanda, xüsusilə paytaxt Astanada, həmçinin Almatı, Karaqandı və Kökşetau şəhərlərində terror təhlükəsinin “sarı” həddə çatdırılacağı bildirilib.

Yenixeber.org: Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahından verilən yazılı açıqlamada 2-4 iyul tarixlərində ŞƏT Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı üçün bir çox ölkədən yüksək səviyyəli nümayəndə heyətinin paytaxt Astanaya gələcəyi bildirilib.

Bəyanatda xarici liderlərin və nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görüldüyü vurğulanıb.

Açıqlamada, sözügedən şəhərlərdə 2 iyul saat 00.01-dən 4 iyul 23.59-a qədər terror təhlükəsinin orta səviyyə olan “sarı” səviyyəyə qaldırılacağı və müəyyən rayonlarda, ictimai yerlərdə, qatar və avtovağzallarda avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə məhdudiyyətlər qoyulacağı, hava limanlarında və metro obyektlərində patrul xidmətinin gücləndiriləcəyi, hava limanlarında və avtovağzallarda, metropoliten, qatarlarda yoxlama tədbirlərinin gücləndiriləcəyi bildirilib.

İyulun 3-4-də paytaxt Astanada təşkilata hazırda rəhbərlik edən Qazaxıstanın ev sahibliyi ilə ŞƏT Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı keçiriləcək. “ŞƏT+” formatında keçiriləcək sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam