Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

“Qədir Xum” restoranı müştəriləri necə aldadır? –Avropadan Elman Mustafazadə başına gələnləri yazdı

image-1
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, Qarabağ qazisi Elman Mustafazadə Azərbaycana səfər edən və Qarabağa yollanan soydaşlarımıza yolüstü restoranların seçimi ilə bağlı xəbərdarlıq edib.

Yenixeberorg.az: O, sosial şəbəkədəki paylaşımında Bakı–Qazax magistral yolunun Hacıqabul istiqamətində yerləşən “Qədir Xum” restoranında qida məhsullarının keyfiyyəti ilə bağlı narazılığını ifadə edib.

Elman Mustafazadənin sözlərinə görə, o, xaricdə yaşayan azərbaycanlı dostları ilə birlikdə dəfələrlə həmin restoranda yemək yeyib. Elman Mustafazadə bildirib ki, hər dəfə qrup üzvləri mədə-bağırsaq problemləri ilə üzləşib, hətta bəziləri bir neçə gün yataq rejimində qalmalı olub.

O bildirib ki, sonradan restoran əməkdaşları ilə söhbət zamanı yeməklərin hazırlanmasında istifadə olunan yağlarla bağlı fərqli məlumat əldə ediblər. Mustafazadənin iddiasına görə, əməkdaşlar kərə yağı əvəzinə palma və digər ucuz yağlardan istifadə edildiyini bildiriblər. O, restoranın mətbəxində zeytun yağının da olmadığını qeyd edib.

Qarabağ qazisi hesab edir ki, bu cür hallar istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur.

Elman Mustafazadə Qarabağa səfər edən qürbətdəki soydaşlarına imkan daxilində Bərdə, Gəncə, Şuşa, Xankəndi və Laçında yemək yeməyi tövsiyə edib.

O, həmçinin restoranların qarşısında “Halal xörəklər” yazısının olmasının həmin müəssisədə təqdim edilən yeməklərin keyfiyyətinə və təhlükəsizliyinə zəmanət vermədiyini vurğulayıb. Vətəndaşları sifariş etdikləri yeməklərin hansı məhsullardan və necə hazırlandığı ilə maraqlanmağa çağırıb.

“Halal sözü reklam lövhəsinə yazılmaqla halal olmur. Halallıq hər şeydən əvvəl vicdan məsələsidir”, – deyə Elman Mustafazadə bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam