Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Rusiyada qiyam baş verən həbsxananın işçiləri dindirilir

Rusiyada müstəntiqlər dünən Volqoqrad vilayətində qiyam baş verən cəzaçəkmə müəssisəsinin əməkdaşlarını dindirməyə başlayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarında mənbəyə istinadən TASS yayıb. 

Bildirilir ki, insidentdən sonra sözügedən həbsxanada əməliyyat-istintaq qrupu fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, işçilərlə yanaşı məhbuslar da dindirilir.

Mənbənin sözlərinə görə, cəzaçəkmə müəssisəsinə qadağan olunmuş təşkilatların bayraqlarının necə gətirilməsi, məhbusların bıçaq, qayçı, mobil telefon, partlayıcı qurğu üçün komponentləri necə əldə etməsi araşdırılır.

Xatırladaq ki, avqustun 23-də Volqoqradda ciddi rejimli cəzaçəkmə müəssisəsində dörd məhbus həbsxananın əməkdaşlarını girov götürüb. Məhbuslardan ikisinin Özbəkistan, ikisinin isə Tacikistan vətəndaşı olduğu məlum olub. İnsident zamanı həbsxananın 4 əməkdaşı həlak olub. Hadisəni törədən 4 məhbus zərərsizləşdirilib, girovlar azad edilib. Rusiya Prezidenti Vladimir Putin insidentlə bağlı iclas keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam