Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Putin Si Cinpinin müavini ilə -GÖRÜŞÜB/FOTO

 

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu (EEF) çərçivəsində Çin Xalq Respublikasının sədr müavini Han Jenqlə görüşüb.

Yenixeber.org xəbər verir ki, Putin Çin sədri Si Cinpinin oktyabrda Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcəyini və onunla ikitərəfli görüş keçirəcəyini gözləyir.

Onun sözlərinə görə, ölkələrin birgə səyləri sayəsində “Çin və Rusiya arasında münasibətlər görünməmiş yüksək səviyyəyə çatıb”.

"Ümid edirəm ki, Şərq İqtisadi Forumunda bugünkü görüşlər və sabahkı birgə iş zamanı biz qarşılıqlı fəaliyyətimizin yeni sahələrini axtarıb tapa biləcəyik", - Vladimir Putin söyləyib.

EEF 3-6 sentyabrda keçirilir. Bu gün, sentyabrın 4-də Rusiya prezidentinin Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin və Malayziyanın baş naziri Ənvər İbrahimlə də görüşü nəzərdə tutulub.

May ayında Putin Çinə iki günlük səfər etmiş və Si Cinpin ilə görüşmüşdü. Avqustda Rusiya prezidenti Kremldə Çin Xalq Respublikası Dövlət Şurasının sədri Li Çianqı qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam