Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

“Qərbin tənqidlərini anlamırıq”

 

Gürcüstan rəhbərliyi ölkədə LGBT-nin təbliğini qadağan edən qanun layihəsinin nəzərdən keçirilməsinə dair Qərbin tənqidlərini anlaşılmaz hesab edir”.

Yenixeber.org xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Arqumentsiz tənqid eşitdikdə bu, narahatlıq doğurur. Avropa İttifaqı və ABŞ nümayəndələrinin ailə dəyərləri və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasına istiqamətlənən qanun layihəsini niyə tənqid etmələri aydın deyil”, - deyə Kobaxidze brifinqdə deyib. 

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası tərəfindən təklif edilən sözügedən qanun layihəsi ölkədə LGBT-nin təbliğini, eynicinslilərin nikahını, cinsin dəyişdirilməsini, eləcə də eynicinsli münasibətləri təbliğ edən tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutur. Qanun layihəsi bir neçə gün əvvəl Gürcüstan parlamentində ikinci oxunuşda qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam