Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bu məntəqədə də səslər etibarsız sayıldı

42 saylı Sumqayıt Birinci Seçki Dairəsində 1 məntəqədə səslər etibarsız sayılıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizəd Yasəmən Mahmudovanın (Qaraqoyunlu) müraciətinə baxılıb.

Yenixeber.org: Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, namizəd müraciətində seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini istəyib: “Müraciət etmiş deputatlığa namizəd seçki dairəsi üzrə bütün seçki məntəqələrində total pozuntuların olmasını iddia edib. İddia edilən pozuntularla əlaqədar namizədin iştirakı ilə aparılmış araşdırma zamanı səsvermə günü seçkini müşahidə etmiş müşahidəçilərdən alınam izahatlarla onun iddiaları öz təsdiqini tapmayıb. Namizəd tərəfindən təyin edilmiş 8 müşahidəçi Sumqayıtın müxtəlif televiziya kanallarına müsahibə veriblər və seçkinin qanunvericiliyə uyğun aparıldığını deyiblər. Araşdırma zamanı müəyyən edilib ki, dairə üzrə 27 saylı məntəqə istisna olmaqla, iddia olunan pozuntular öz təsdiqini tapmayıb. Beləliklə ərizəçinin müraciəti qismən təmin edilməli, 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib. Qeyd edilən seçki dairəsində 27 saylı seçki məntəqəsi istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam