Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Tramp Harrislə ikinci debatdan imtina etdi

 

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə təkrar debat keçirməyəcəyini açıqlayıb.

Yenixeber.org-un məlumatına görə, o bildirib ki, Harris ABŞ-nin hazırkı prezidenti Co Baydenin seçdiyi kursu davam etdirmək niyyətini bəyan etdiyi üçün debat aparmaq mənasızdır.

Xatırladaq ki, Trampla Harris arasında debatın ilk mərhələsi sentyabrın 10-u baş tutub. CNN-in sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63%-i Harrisin qalib gəldiyini deyib. Tramp isə bildirib ki, bu, onun indiyə qədərki ən yaxşı debatıdır. Beləliklə o, növbəti debatın Harris üçün öz mövqeyini yaxşılaşdırmaq baxımından bir şans olacağını iddia edərək, ikinci turdan imtina edib. Harris isə ikinci raunda hazır olduğunu bəyan edib.

Onu da qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-i keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam