Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Kadırov Rusiyanın iki deputatı və bir senatorunu hədələdi:Qisas alacam!

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Dövlət Dumasının deputatları Bekxan Barahoyev, Rizvan Kurbanov və Dağıstandan olan senator Süleyman Kərimovu hədələyib.

Yenixeber.org xəbər verir ki, Kadırov onlara qan düşmənçiliyi elan edib və qisası alacağını bildirib.

Ramzan Kadırov iddia edir ki, adları çəkilən vəzifəli şəxslər “Wildberries” şirkəti ətrafında yaranan münaqişəyə görə onun qətlini sifariş ediblər.

Kadırov bunu respublikanın təhlükəsizlik qüvvələri ilə görüşündə çeçen dilində deyib.

Çeçenistan rəhbəri onu da iddia edib ki, senator Süleyman Kərimov onun aradan götürülməsi üçün 100 milyon təklif edib (valyutanı dəqiqləşdirməyib).

Kadırov əlavə edib ki, adıçəkilən şəxslər günahsız olduqlarını sübut etsələr, qisas almağı dayandırmağa hazırdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam