Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

"Greencard Azerbaijan"ın direktoru hakim qarşısına çıxarıldı

 

Avropa ölkələri ilə yanaşı bir çox ölkələrə iş vizası düzəltmək adı ilə 200 nəfərdən artıq şəxsi aldadaraq onların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Rüfət Piriyevin ilk məhkəmə hazırlıq iclası keçirilib.

Yenixeber.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirildikdən sonra onun haqqında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 30-a təyin olunub.

Qeyd edək ki, Abroad MMC-nin rəhbəri və "Greencard Azerbaijan" şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev dələduzluqda ittiham olunur. Çoxsaylı şikayət əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam