Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Cəbrayılın Şükürbəyli kəndində 93 ev 14.6 milyona -TİKİLƏCƏK

 

Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisinə əlavə 14,6 milyon manat vəsait xərclənəcək.

Yenixeber.org xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı tender keçirib. Tenderin qalibi "Tunel-Metro İnşaat” MMC seçilib.

Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 fərdi yaşayış evinin tikintisi üzrə şirkətlə 14 milyon 562 min 668 manat dəyərində müqavilə imzalanıb. Başqa sözlə, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 156 min manat təşkil edir.

Qeyd edək ki, tenderin qalibi seçilən "Tunel-Metro İnşaat” MMC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Seyfullayev Şövqi Xalid oğludur.

Xatırladaq ki, Fond bu ilin sentyabr ayında Şükürbəyli kəndində 48 evin tikintisi üzrə “AĞA-EE İNŞAAT” MMC ilə 7,7 milyon manat dəyərində müqavilə imzalayıb. Bir evin orta hesabla tikinti xərci 159,6 min manat təşkil edib.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam