Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var -YENİLƏNİB

 

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.

Yenixeber.org xəbər verir ki, qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb.

“The Washington Post” yazıb ki, polis çaydan bir neçə cəsədi və dörd nəfəri sağ çıxarıb. “Reuters” isə bildirib ki, Vaşinqtonda təyyarə ilə toqquşan helikopterdə üç hərbçi olub.

Pentaqon rəhbəri Pit Heqset qurumun vəziyyəti fəal şəkildə izlədiyini və lazım gələrsə, yardım göstərməyə hazır olduğunu bildirib.

***

Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Blackhawk” hərbi helikopteri havada toqquşub.

Bu barədə ABŞ hərbi hava qüvvələri administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib.

Artıq ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı məlumatlandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam