Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycanda iki yeni radio açılır

 

Yanvarın 31-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Yenixeber.org: Bu barədə Audiovizual Şurası məlumat yayıb.

Bildirilib ki, iclasda bir sıra məsələlərə baxılıb.

İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulub. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər. Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - "Pro Media Group" MMC (radio kanalın adı: "Planet FM") və "Broadcast Media" MMC (radio kanalın adı: "Dalğa FM") qalib elan olunub və müsabiqələr üzrə yekun qərarlar verilib. Qərarlara əsasən ilkin mərhələdə "Bakı Teleqüllə Kompleksi"ndən 88.7 MHs radiotezliyi "Pro Media Group" MMC-nin, 92.5 MHs radiotezliyi isə "Broadcast Media" MMC-nin istifadəsinə ayrılıb.

Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunub. Qəbul olunmuş müvafiq qərarlara əsasən "İdeal TVNet" MMC-yə (operator xidmət adı: "İdealnet") sadə platforma operatoru, "Azeuronet" MMC-yə (operator xidmət adı: "Azeuronet") universal platforma operatoru, "TV1 Media" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "TV1") lisenziyaları verilib.

İclasın sonunda lisenziya sahiblərinin müraciətləri əsasında "Beeonline" ASC-yə, "Global Technology" MMC-yə və "Qafqaznet" MMC-yə verilmiş universal platforma operatoru lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam