Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Parlamentdə bu hərbçilərə mənzil verilməsi təklif olundu

 

Hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşmalıyıq.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir:

“Bizə DSX və Daxili Qoşunların hərbçiləri bununla bağlı müraciət edir. Onlarla əmək müqaviləsini bağlasaq, bu problemlər yaranmaz, onların da məhkəmələrə müraciət etmək hüquqları yaranacaq”.

Deputat bildirib ki, real həyatda qanunların icrasına nəzarət mexanizmi yoxdur: “Bizim Daxili Nizamnamənin 39-cu maddəsinə görə bizə dövlət sirri təşkil edən məlumatlar göndərilmir. Bəs biz büdcə xərclərinin icrasına necə nəzarət edə bilərik?! Dövlət idarəetməsinə şəffaflığın artırılması üçün yeni qanunu qəbul etməliyik, deputatlara bu səlahiyyət verilsin. Silahların alınmasına nə qədər pul xərclənir və s kimi məlumatlar bizə verilmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam