Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Spikerdən Aqil Abbasa irad: "Bu, parlament sözüdür?"

 

Milli Məclisin deputatı Aqil Abbas həmkarı Musa Quliyevin həkimlərlə bağlı təklifinə münasibət bildirib. 

Yenixeber.org-un məlumatına görə, o bildirib ki, Reklam haqqında qanuna dəyişiklik yaz sessiyasının işlər planına salınmalıdır.

"Mənfur Sovet dövründə mən qəzetdə işləyəndə adicə həkim haqda xoş söz demək olmazdı. Bu gün televiziyalarda əsas gəlir gətirən arvad boğuşması və həkimlərin, dərmanların reklamıdır. “Mercedes”in reklamı özüdür. Əhliman müəllimin, Rəşid müəllimin reklamları özüdür. Amma indi hansısa adamlar haradasa gedib peşə kursu keçir, yaxud Türkiyədə "uzman" adı alır, gəlir və özünü reklam edirlər. Aralarında savadlıları da var. Amma həkimin reklamı qadağan olunmalıdır. Düzdür, bu özəl televiziyalara ziyan vuracaq. Çünki onların qazancı arvad boğuşmasından, həkim reklamından gəlir", - o qeyd edib.

Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirib. "Arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam