Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Yelena Xaxaleva AZADLIQDA


Bakıda həbs edilən Rusiyanın Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxaleva azadlığa çıxıb.

Yenixeber.org: Məlumata görə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Yelena Xaxaleva barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmənin 4 fevral 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər Rayon Prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Y.Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam