Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Nazir müavini: Bir çox bələdiyyələr fəaliyyət göstərə bilmir

 

Bələdiyyələr formalaşdıqdan sonra aparılan təhlillər onu göstərir ki, bir çox bələdiyyələr fəaliyyət göstərə bilmir, ərazisində yaşayan əhalinin texniki təminatını təmin etməyə qadir deyillər.

Yenixeber.org-un xəbərinə görə, bunu bu gün Milli Məclisin Regional məsələlər iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin (2024-cü il üzrə) müzakirəsində ədliyyə nazirinin müavini Toğrul Hüseynov deyib.

Toğrul Hüseynov bildirib ki, buna görə də bələdiyyələrin birləşdirilməsi texnikasından istifadə olunur: “Ərazisində müəyyən təminatları həyata keçirməkdə çox ciddi çətinliklərlə üzləşməkdə olan bələdiyyələr var idi. Buna görə də bələdiyyələrin birləşdirilməsi mexanizmi çərçivəsində özünü idarə etmə iqtidarında olmayan bələdiyyələrin birləşməsi təmin edilib. 1606 bələdiyyənin sayı 685-ə qədər azaldılıb. Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında bələdiyyələrin birləşdirilməsi mühüm rol oynayacaq. Bələdiyyələrin formalaşdırılması işi davam etməkdədir. Görüləsi işlər çoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam